"Bakı-Moskva reysləri bərpa edilmir" - AZAL

14:05 - 2 Aprel 2022 - Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın sonundan Bakıdan Rusiyanın paytaxtı Moskvaya reysləri bərpa edəcəyi ilə bağlı yerli mətbuatda, sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Aviaşirkət bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.

"Ölkənin aviadaşıyıcılarının reyslər yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir", - deyə qurum bəyan edib.///report

Xəbər xətti