Dünya bazarlarında neftin qiyməti azalıb

10:22 - 2 Aprel 2022 - Xəbər

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 0,31% azalaraq 1 barelə görə 104,39 dollar təşkil edib.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,01% azalaraq 99,27 dollar təşkil edib.///apa-ecenomics

 

Xəbər xətti