Tovuzda qəza olub, xəsarət alan var

23:51 - 1 Aprel 2022 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21011" markalı minik maşını digər avtomobil ilə toqquşub.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti