Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda qəza olub, <font color=red><b>xəsarət alan var</b></font>

23:51 - 1 Aprel 2022 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21011" markalı minik maşını digər avtomobil ilə toqquşub.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: