Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib:
“Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.