Ucnoqta.az
www.ucnoqta.az

Özünü binadan atan 16 yaşlı qızın vəziyyəti açıqlandı

15:42 - 1 Aprel 2022 tarixində dərc olunub.

Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib:

“Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.

 

Müəllif: