Əməkdar artist makiyaj edən xanımları tənqid etdi

14:40 - 1 Aprel 2022 - MAQAZİN

Əməkdar artist Kəmalə Müzəffər gündəlik həyatında makiyaj edənləri qınayıb.

O, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.

Aktrisa özü çox az makiyaj etdiyini vurğulayıb:

“Gündəlik həyatda çox makiyajı sevmirəm. Qadınlara da tövsiyə etmirəm. Həmişə fikirləşirəm ki, insan günün günorta çağı niyə üz-gözünü rəngbərəng boyasın? Axı təbiilik ən böyük gözəllikdir.

Amma müəyyən və əlamətdar günlərdə makiyaj qaçılmazdır. Əsas da klassik tamaşalarda”.///oxu.az

Xəbər xətti