Sabiq polisin məhkəməsi başlayır

08:25 - 1 Aprel 2022 - Xəbər

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə istintaq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələki məlum deyil. Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, hadisə zamanı sabiq polis serjantı V.Novruzov etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.///report

Xəbər xətti