Britaniyalı nazir Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 - 30 Mart 2022 - Xəbər
Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi bu gün Şəhidlər Xiyabanını ziyarət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz tviter hesabında bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Böyük Britaniyanın silahlı qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.