Azərbaycanda elektromobillər idxal rüsumundan azad oluna bilər

13:14 - 29 Mart 2022 - AVTO

Azərbaycanda ekoloji təmiz avtomobillərin idxal rüsumunun 0%-ə endirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi Tariyel Alverdiyev deyib.

Onun sözlərinə görə, bu təkliflər ölkənin müvafiq nazirliklərinə təqdim olunub ki, onlar tərəfindən müsbət rəy alındıqdan sonra hökumətə təqdim olunacaq.

"Beləliklə, elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı heç bir ödəniş tətbiq olunmayacaq", - deyə T. Alverdiyev qeyd edib.///apa

Xəbər xətti