Kür suyunun səviyyəsi azalıb

21:58 - 28 Mart 2022 - ÖLKƏ İÇİ

Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Bu barədə Salyan rayon sakinləri “Report”a məlumat veriblər. Onların bildirdiyinə görə, son 3 gündə çayın suyu 70 sm-dən çox azalıb. Neftçala rayon sakinlərinin verdiyi məlumata görə, bu rayonda çayın suyu 60 sm-ə yaxın azalıb. Həmçinin əsən güclü külək Xəzər dənizinin şor sularını yenidən Kür çayına qovmağa başlayıb. Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb, Salyan və Neftçala rayonunun bəzi yerlərində tamamilə qurumuşdu. Bir həftə öncə isə Kür çayının aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarında suyun səviyyəsi 1 metr qalxaraq, Kür çayı Xəzər dənizinə qovuşmuşdu.

Xəbər xətti