Gəncədə təcili tibbi yardım avtomobili qəza törədib - Foto

21:18 - 28 Mart 2022 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən “UAZ” markalı avtomobil Gəncə Şəhər Təcili Tibbi Yardım maşını olub.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti