Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə təcili tibbi yardım avtomobili qəza törədib - <font color=red><b>Foto</b></font>

21:18 - 28 Mart 2022 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən “UAZ” markalı avtomobil Gəncə Şəhər Təcili Tibbi Yardım maşını olub.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: