“Dost” sözü gələndə allergiya verirəm” - Manaf həbsxanadan sonra

18:18 - 28 Mart 2022 - MAQAZİN

Müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmli barədə açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, verilişlərin birində Manafdan “Güvəndiyim dağlar, sənə də qar yağarmış” atalar sözünü hansı sənət adamına şamil edəcəyi soruşulub.

Daha sonra ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.

“Hamısına... Amma birinin adını çəkirəmsə, Vasif Məhərrəmli”, - deyə müğənni cavab verib.

M.Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:

“Dost dar gündə sınanır, gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. “Dost” sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki... Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim ki, aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam”.

 

Xəbər xətti