HHM bölmələri döyüş atışlı təlimlər keçirib - VİDEO

16:20 - 28 Mart 2022 - Xəbər

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Xəbər xətti