Hacıqabulda iki avtomobil toqquşub - iki nəfər xəsarət alıb

00:19 - 25 Mart 2022 - HADİSƏ

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Aslanov Elşən Əlvida oğlu və 1991-ci il təvəllüdlü Orucova Günay İlqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti