Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda iki avtomobil toqquşub - <font color=red><b>iki nəfər xəsarət alıb</b></font>

00:19 - 25 Mart 2022 tarixində dərc olunub.

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Aslanov Elşən Əlvida oğlu və 1991-ci il təvəllüdlü Orucova Günay İlqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: