Əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın ölüb - FOTO - YENİLƏNİB

15:43 - 24 Mart 2022 - HADİSƏ

Goranboyda həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib

Goranboy rayonunun Dəliməmmədli kəndində rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

14:45


Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb. Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

 

Xəbər xətti