Ucnoqta.az
www.ucnoqta.az

Əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın ölüb -<font color=red><b> FOTO - YENİLƏNİB</b></font>

15:43 - 24 Mart 2022 tarixində dərc olunub.

Goranboyda həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib

Goranboy rayonunun Dəliməmmədli kəndində rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

14:45


Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb. Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

 

Müəllif: