Astara rayonun Sım kəndinə güclü qar yağıb.
Ucnoqta.az Bakipost.az-a istinadən xəbər verir ki, 5 gündür yağan qar yolların bağlanmasına səbəb olub.
Kəndin içində hərəkət qismən mümkün olsa da, marşrutların hərəkəti tamamilə dayanıb.
Kənd sakinləri bildirirlər ki, qar görmək üçün Sım kəndinə gələn turistlərin sayı son günlərdə 2 dəfə çoxalıb.
Qeyd edək ki, Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir.“Sım” sözü talış dilində “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir.