Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən xəbərə görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elsevər Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş, atəşə yararlı 1 ədəd tüfəng və patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və E.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.