Ucnoqta.az
www.ucnoqta.az

Yevlax sakinindən odlu silah götürüldü - <font color=red><b>FOTO</b></font>

12:08 - 23 Mart 2022 tarixində dərc olunub.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən xəbərə görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elsevər Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş, atəşə yararlı 1 ədəd tüfəng və patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və E.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Müəllif: