Kür çayı Xəzər dənizinə qovuşub

22:19 - 22 Mart 2022 - Cəmiyyət

Kür çayı artıq Xəzər dənizinə qovuşub.

Bu barədə Neftçala rayon sakinləri “Report”a məlumat veriblər.

Onların bildirdiyinə görə, nəticədə dünəndən etibarən Kür çayının suyu dənizə tökülür və su şirinləşib. Son günlər Kür çayının aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarında suyun səviyyəsi 1 metr qalxıb.

Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb, Salyan və Neftçala rayonunun bəzi yerlərində tamamilə qurumuşdu.

Xəbər xətti