İmişlidə yol qəzası baş verib.
Hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində İmişli rayonunun ərazisində qeydə alınıb. "QAZel" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə "QAZel"in sürücüsü ağır xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.///apa