Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə iki yük maşını toqquşub, xəsarət alan var

16:24 - 22 Mart 2022 tarixində dərc olunub.

İmişlidə yol qəzası baş verib.

Hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində İmişli rayonunun ərazisində qeydə alınıb. "QAZel" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə "QAZel"in sürücüsü ağır xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.///apa

Müəllif: