Mart ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənildi
17:51 - 18 Mart 2022 - ÖLKƏ İÇİ
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün ödənildi.
Bu barədə Ucnoqta.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.