Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günləri ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
MMC-dən verilən məlumata görə, 19 və 26 mart tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək. 20, 21, 27 mart tarixlərində yalnız növbətçi poçt şöbələri fəaliyyət göstərəcək.
• Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00
• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00
• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00
• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00
• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00
• Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00
22-25 tarixlərində aşağıda qeyd edilən poçt şöbələri xidmət göstərəcək.
• Mərkəzi Poçt Şöbəsi 09.00-18.00
• 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 63, 66, 108 saylı poçt şöbələri saat 10:00-17:00
• 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri saat 10:00-17:00
• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00
• 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 poçt şöbələri saat 10:00-17:00
• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00
• 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 poçt şöbələri saat 10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.