Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 16 mart 2022-ci il tarixdə Cəlilabad rayonunda Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının növbəti tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Rayon Təhsil şöbəsinin metodisti İlham Əhmədov, GİKM-in Cəlilabad rayon nümayəndəliyinin direktoru Səyyarə Aslanova, Cəilabad şəhər 9 saylı tam orta məktəbin direktoru Abdul Rzayev, azərbaycanlı şair, nasir, publisist Meyxoş Abdullah, layihə rəhbəri Elnur Hüseynli, layihə təlimçisi Arif Ağazadə, layihənin ekperti Əliheydər Əlifli və müsabiqə iştirakçıları iştirak ediblər.
İlk öncə əhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnur Hüseynli bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoymaqla, düşməni əzəli torpaqlarımızdan qovub, ərazi bütövlüyümüzü bərpa etdi. Bütün dünya bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının və tarixi ədalətin şahidi oldu. Qələbəmizdə şəhidlərimizin, qazilərimizin müstəsna xidmətləri olmuşdur. E.Hüseynli həmçinin layihə barədə ətraflı məlumat verib və qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd şanlı Zəfər tariximizi– Vətən müharibəsini gənclər arasında təbliğ etmək, vətənpərvərlik hisslərinin gücləndirilməsi və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.
Tədbirdə çıxış edən rəsmi qonaqlar yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və yaradıcı və istedadlı gənclərin üzə çıxarılması baxımından layihənin əhəmiyyətli olduğunu vurğulamış, təşkilatın fəaliyyətinə və müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Layihə təlimçisi Arif Ağazadə ətraflı çıxış edərək iştirakçıları layihənin istiqamətləri və müsabiqələrin şərtlər ilə bağlı məlumatlandırmışdır. Daha sonra müsabiqələrə start verilmişdir. Üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilən yaradıcılıq müsabiqlərində fəal iştirak edən gənclər sertifikatlarla təltif olunmuşlar.
Qeyd edək ki, münsiflərin qərarına əsasən ən yaxşı nəticə göstərən gənclər aprel ayında Biləsuvar rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.