Bakıda 38 yaşlı kişini avtomobil vurub

08:38 - 17 Mart 2022 - HADİSƏ

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Tural Tahir oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti