Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Tural Tahir oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.