ABŞ Mərkəzi Bankı (FED) ölkə valyutasının uçot dərəcəsini dəyişdirib.
Gözləntilərə uyğun olaraq, qurum dollar üzrə faiz dərəcələrini 0,25 bənd artıraraq 0,25-0,50% aralığına çatdırıb.
Qeyd edək ki, bu, 2018-ci ildən bəri FED-in faiz dərəcələrinin artırılması ilə bağlı ilk qərarıdır.