Milli Məclis İlham Əliyevi və xanımını Novruz bayramı münasibətilə təbrik etdi

17:27 - 15 Mart 2022 - Xəbər

Milli Məclis (MM) Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.

Spiker Prezident İlham Əliyev və və Birinci vitse-prezident Mehriban Əliyevaya gələcək fəaliyyətlərində uğurlar və onlara cansağlığı arzulayıb.

Deputatlar isə MM sədrinin təbriklərinə alqışlarla qoşulublar.///report

Xəbər xətti