Bakının mərkəzində uzunluğu 2 km-ə yaxın velosiped yolu təşkil edilib

16:22 - 15 Mart 2022 - Xəbər

Bakının mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqlda velosiped yolunun 1,6 km hissəsi artıq yekunlaşıb.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hazırda velosiped yollarına iki komponentli boyal vurulur.

Paytaxtın Baş Planına əsasən, velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251,2 km təşkil edəcək.

Xəbər xətti