Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB

17:11 - 15 Mart 2022 - Xəbər

Milli Məclis Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.

Müzakirələrdən sonra deputatların böyük əksəriyyəti sənədin lehinə səs veriblər.

Qeyd edək ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Toplantıda hökumət üzvləri də iştirak ediblər.

11:22

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.


Ucnoqta.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.

Toplantıda hökumət üzvləri də iştirak edirlər.

Xəbər xətti