Şəmkirdə 30 yaşlı kişi bıçaqlanıb

19:49 - 14 Mart 2022 - HADİSƏ

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Xəyal Babayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti