Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Xəyal Babayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.Faktla bağlı araşdırma aparılır.