"Son 12 gündə 1 582 dinc sakin ölüb" - Kuleba

23:43 - 11 Mart 2022 - DÜNYA

Mühasirəyə alınmış Mariupolda hazırda planetin ən ağır humanitar fəlakəti yaşanır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.

O, qeyd edib ki, Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb.

"Ukrayna ordusunu məğlub edə bilməyən rus hərbçiləri dinc əhalini qırır, humanitar yardımın qarşısını kəsir. Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var", - nazir bildirib.

Xəbər xətti