Ucnoqta.az
www.ucnoqta.az

"Son 12 gündə 1 582 dinc sakin ölüb" - <font color=red><b>Kuleba</b></font>

23:43 - 11 Mart 2022 tarixində dərc olunub.

Mühasirəyə alınmış Mariupolda hazırda planetin ən ağır humanitar fəlakəti yaşanır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.

O, qeyd edib ki, Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb.

"Ukrayna ordusunu məğlub edə bilməyən rus hərbçiləri dinc əhalini qırır, humanitar yardımın qarşısını kəsir. Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var", - nazir bildirib.

Müəllif: