Gədəbəydə 48 yaşlı kişi su quyusuna düşərək ölüb

08:25 - 11 Mart 2022 - HADİSƏ

Gədəbəy sakini quyuya düşərək ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb.1974-cü il təvəllüdlü Arif Əliyev təxminən 3-4 metrlik su quyusuna düşərək boğulub ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, 48 yaşlı kişinin psixi problemləri olduğu deyilir. Faktla bağlı araşdırma aparılır

Xəbər xətti