Gədəbəy sakini quyuya düşərək ölüb.
APA-nın məlumatına görə, hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb.1974-cü il təvəllüdlü Arif Əliyev təxminən 3-4 metrlik su quyusuna düşərək boğulub ölüb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Məlumata görə, 48 yaşlı kişinin psixi problemləri olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır