Mart ayının ikinci ongünlüyünə gözlənilən hava şəraiti açıqlanıb./
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mart ayının ikinci ongünlüyündə hava şəraiti birinci ongünlüyə nisbətən qeyri-sabit keçəcək.
O qeyd edib ki, martın ikinci ongünlüyündə havanın yağıntılı olacağı, eyni zamanda temperaturun aşağı düşəcəyi gözlənilir.