Müdafiə Nazirliyi məlumat yaydı

00:21 - 10 Mart 2022 - Xəbər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətlə bağlı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir.

Xəbər xətti