Şuşadan Xankəndi istiqamətində azan verildi - VİDEO

14:38 - 7 Mart 2022 - Xəbər

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da səsləndirilib.

 

Xəbər xətti