Bakıda meyxanaçılar arasında dava düşüb.
Bakupost xəbər verir ki, Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində meyxanaçılar arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli Maştağalı isə hətta təhqirə keçib.
Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli Rəşad Dağlını müdafiə etmək istəyib. Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.
Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.
Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.
Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.