Manaf Ağayev azadlığa buraxıldı - YENİLƏNİB

11:12 - 5 Mart 2022 - Cəmiyyət

“Azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur”. 

Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib:

“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”. 

09:25

Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb.


Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, o bu gün İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılacaq. 

Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi. 

 

Xəbər xətti