Balakəndə qaydaları pozan sürücülər cərimələndi - FOTO

20:31 - 4 Mart 2022 - Cəmiyyət

Balakəndə  yol polisi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarını pozan 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhərin müxtəlif nöqtələrində keçirilən reydlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, piyada səkilərində və avtobus dayanacaqlarının bir neçəsində nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb. Həmin avtomobillərin sahibləri barəsində cərimə protokolu tərtib olunub və bu kimi halların digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. 

 


Xəbər xətti