Ölkəyə altı minatəmizləmə maşını gətirilib

12:24 - 4 Mart 2022 - Xəbər

“Altı minatəmizləmə maşını artıq Azərbaycana gətirilib”. 

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, yeni minatəmizləyən maşınların alınması ilə bağlı ötən il saziş imzalanıb:

“Sifarişlər əsasında maşınlar hazırlanır. Altı maşın artıq Azərbaycana gətirilib, ikisi isə yoldadır. Yaxın günlərdə onlar ölkəmizə daxil olacaq. Qalan maşınlar isə iyuna qədər Azərbaycana çatdırılacaq”.

Sədr qeyd edib ki, ABŞ-da Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulmuşdu:

“Onlardan artıq 20-si Azərbaycandadır. Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq”.

Xəbər xətti