İş və istirahət günlərinin yerləri dəyişdirildi

19:15 - 3 Mart 2022 - ÖLKƏ İÇİ

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

Ucnoqta.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar günüdür. Beləliklə, 6,7 və 8 mart qeyri-iş günü olacaq.

Xəbər xətti