Ukraynadakı 500 minə yaxın azərbaycanlının 300 mini qadınlar və uşaqlardır - AÇIQLAMA

17:45 - 3 Mart 2022 - Cəmiyyət

“Ukraynanın Kiyev və Xarkov şəhərlərində olan soydaşlarımız oradan təxliyə edilərək Moldovaya gətirilib. İki qatarla gələn soydaşlarımız Moldova sərhədində qarşılanıb və onların ümumi sayı 1600 nəfərdir”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.

O bildirib ki, həmin soydaşlarımız Buxarestə göndəriləcək:

“Soydaşlarımızı bombaların içindən çıxarıb Rumıniya sərhədinə gətirdik. Sənədlərin qaydasında olmaması bizə çətinlik yaradır. Həm Moldova, həm də Rumıniya sərhədindən nümayəndələr qarşılıqlı danışıqlar aparıb. Azərbaycanlılara Rumıniyada sənədlərin qaydasına salınması üçün 5-8 gün lazımdır və bu müddət ərzində zəruri şərait yaradılacaq”.

Səfir qeyd edib ki, Ukraynada təxminən 500 min azərbaycanlı varsa, onların 300 mini qadınlar və uşaqlardır:

“İstanbula göndərilən soydaşlarımız oradan avtobus ilə Azərbaycana gedə bilər. Hələ bu, təxmini rəqəmlərdir. Bu gün Moldovadan 180 nəfərlik təyyarə ilə qadınları, körpələri çıxaracağıq”.

Xəbər xətti