Azərbaycanda bu şəxslərin maaşı artırıldı

13:30 - 3 Mart 2022 - Xəbər

Pedaqoji Universitetdə əməkhaqqı artırılıb.

ADPU-nun mətbuat katibi Cavid Hüseynovun Ucnoqta.az-a verdiyi məlumata görə, bu barədə Universitetin Elmi Şurasında qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb.

Təkliflərə əsasən, Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5% artırılıb.

Xəbər xətti